Növbəti iki gündə intensiv qar yağacaq - XƏBƏRDARLIQ


  • 16:19

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.

Oxşar xəbərlər