- 20:15
Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən bir sıra yollarda endirilən sürət həddi artırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.