Çökən yolla bağlı rəsmi AÇIQLAMA - FOTO


  • 10:57

Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Gecə saatlarında qəzanın aradan qaldırılması üçün prospektdə qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qəza aradan qaldırıldıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

Oxşar xəbərlər