Son sutkada 90 nəfər müxtəlif xəsarətlərə görə müraciət edib


  • 10:48

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar fevralın 24-dən bu saatadək 90 nəfər müraciət edib.

E-huquq.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub".

Oxşar xəbərlər