Alimlərdən XƏBƏRDARLIQ


  • 21 Fevral 13:29

Alimlərin araşdırmasına görə, insanlar üçün çox isti olan ərazilər əsrin sonuna qədər üç dəfə arta bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada orta temperatur artmaqda davam etdikcə alimlər, "Paris Sazişi"ndə müəyyən edilmiş iqlim hədəfinə əməl olunsa belə, planetin çox isti olacağı və həyat üçün əlverişli ərazilərin azalacağı barədə xəbərdarlıq edirlər.

Dünyada orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə artıq 1,5 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, bu dəyər daha 0,5 dərəcə artarsa, hətta sağlam bir yetkin insanın yaşaması üçün yararsız olan sahə üç dəfə artacaq. Bu o deməkdir ki, ABŞ ölçüsündə bir torpaq yararsız hala düşəcək.

60 yaşdan yuxarı insanlar üçün risk daha da böyükdür. Hazırda dünyanın 21 faizində yaşaya bilməyən bu yaş qrupu, temperatur yüksəlməyə davam edərsə, 35 faizində yaşaya bilməz.

London Kral Kollecinin iqlim üzrə alimi Tom Matthevs, "Bizim tapıntılarımız qlobal istiləşmənin 2 dərəcə selsiyə çatacağı təqdirdə baş verə biləcək ölümcül nəticələri göstərir" deyə qeyd edib. Matthevsin fikrincə, temperatur sənayedən əvvəlki səviyyədən 4 dərəcə selsi artarsa, dünyanın 40 faizi yaşayış üçün yararsız olacaq.

İqlim mütəxəssislərinin fikrincə, insanların dözə bildiyi temperaturlar müəyyən hədlə məhdudlaşır. Bəzi bölgələr artıq bu həddi aşır. Fars körfəzi, Hind-Qanq düzənliyi, ABŞ-nin cənubu, Meksika və Avstraliya kimi yerlərdə həddindən artıq isti dalğaları insan orqanizminin dözümlülüyünün sərhədlərini sınayır.

Əgər qalıq yanacaq istifadəsi davam edərsə və atmosferdən karbon udan ekosistemlər məhv olarsa, 2 dərəcə Selsi hədəfini aşmaq ehtimalı artacaq.

Matthevs bildirib ki, bu şəraitdə uzun müddət çöldə qalmaq, hətta kölgədə, küləkdən kənarda və su içsəz belə, ölümcül isti vuruşuna səbəb ola bilər.

Mütəxəssislər, bərpa olunan enerji mənbələrinə keçidin və karbon saxlayan ekosistemlərin qorunmasının bu fəlakətli qarşısını almaq üçün vacib olduğunu söyləyirlər.

Tədqiqat “Nature Revievs Earth and Environment” jurnalında dərc olunub.

Humay Eminqızı

Oxşar xəbərlər