Ətirli şamlar dizel mühərrikləri qədər hava çirkliliyi yarada bilər - ARAŞDIRMA


  • 21 Fevral 13:24

Mütəxəssislər ətirli şamların qapalı yerlərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə artıra biləcəyini aşkar edib.

E-huquq.az xarici KİV -ə istinadən xəbr verir ki, araşdırmaya görə, ətirli şamlar dizel mühərrikləri və qaz sobaları ilə eyni səviyyədə hava çirkliliyi yarada bilər.

ABŞ və Almaniya alimlərinin apardığı araşdırmada müəyyən edilib ki, ətirli şamlar və buna bənzər məhsulların buraxdığı uçucu üzvi birləşmələr ozonla qarşılıqlı əlaqəyə girərək nanoskopik hissəciklər əmələ gətirir. Bu hissəciklər ağciyərlərə nüfuz edəcək qədər kiçik olduqları üçün sağlamlıq riski yaradır. Əvvəlki araşdırmalar belə incə hissəciklərin ürək və tənəffüs xəstəlikləri ilə əlaqəli ola biləcəyini göstərdi.

Tədqiqatçılar bu nanohissəcikləri aşkar etmək üçün qabaqcıl ölçü alətlərindən istifadə ediblər. Kiçik bir ev mühitində aparılan təcrübələrdə ətirli şamların yanma prosesi olmadan da havaya yüksək səviyyədə uçucu birləşmələr buraxdığı aşkar edilib. Çünki bu məhsullar şamdan daha böyük səth sahəsini qızdırır və daha çox qoxu yayır.

Tədqiqatçılar, milyardlarla nanohissəciklərin 20 dəqiqə istifadədən sonra tənəffüs sisteminə daxil ola biləcəyini və sağlamlığa təsirlərinin tam olaraq bilinmədiyini vurğulayıblar.

Alimlər deyirlər ki, qapalı havanın çirklənməsi ilə bağlı araşdırmalar açıq havanın çirklənməsi qədər əhatəli olmasa da, eyni dərəcədə zərərli ola bilər. Əvvəlki tədqiqatlar yağ əsaslı diffuzorların, hava təravətləndiricilərinin və təmizləyici məhsulların da qapalı məkanlarda yüksək səviyyədə nanohissəciklər buraxdığını göstərmişdi.

Araşdırmalar “Environmental Science & Technology Letters” jurnalında dərc olunub.

Humay Eminqızı

Oxşar xəbərlər