Məktəblərdə dərslər fasiləsiz davam edir - RƏSMİ


  • 21 Fevral 11:19

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir.

E-huquq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

"Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik", - məlumatda bildirilib.

Oxşar xəbərlər