- 19:36
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli vəzifəsindən azad edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 19-da Sərəncam imzalayıb.
Digər Sərəncamla rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Xidmətin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.