Qanunsuz yollarla Yunanıstana getmək istəyən 6 nəfər dənizdə batıb


  • 19 Fevral 17:36

Türkiyənin İzmir şəhərində 6 qanunsuz miqrant dənizdə batıb.

E-huquq.az xəbər verir ki, qanunsuz yollarla Yunanıstana getmək istəyən miqrantlar İzmirin Səlcuq rayonundakı çimərlikdən qayığa minib.

Sahildən uzaqlaşan motorlu rezin qayıq dənizdə aşıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər dənizdə batıb.

Onların cəsədi Sahil Mühafizəsi qrupları tərəfindən sahilə çıxarılıb.

Hadisə ilə bağlı 1 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər