1988-ci ildə Qarabağ İpək kombinatında işləyən azərbaycanlılar kütləvi şəkildə qovulub


  • 18 Fevral 21:30

1988-ci ildə Qarabağ İpək kombinatında işləyən azərbaycanlılar kütləvi şəkildə qovulub.

E-huquq.az xəbər verir ki, bu, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Bildirilib ki, Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Ayrapetyan Slavik Calaloviç, kombinatın partiya komitəsinin katibi Köçəryan Robert Sedraki, baş mühəndis Simonyan Vladimir Semenoviç, həmkarlar təşkilatının sədri Mesropyan Bella Surenovna və qeyriləri 1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.

Oxşar xəbərlər