Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa edilir - TARİX AÇIQLANDI


  • 18 Fevral 15:48

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa edilə bilər.

E-huquq.az xəbər verir ki, bu məsələ Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-nə planlaşdırılan dəmir yolu ilə sərnişindaşımanın bərpası məsələsini nəzərdən keçiriblər.

"Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanlı həmkarımızla görüşdə bu il üçün tədarük proqnozunu da müzakirə etdik. Plan və baxışların mübadiləsi son dərəcə vacibdir ki, maksimum koordinasiya ilə həm regionda, həm də beynəlxalq miqyasda rəqabət qabiliyyətini artıra bilək", - Levan Davitaşvili qeyd edib.

Görüşdə Orta Dəhlizin artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün hər iki tərəfin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib.

Oxşar xəbərlər