Tbilisidən Bakıya uçan təyyarə texniki səbəblərdən gecikir


  • 18 Fevral 15:46

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə e-huquq.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk.

Oxşar xəbərlər