- 20 Fevral 22:40
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Dağlıq Şirvan (5,6), Qarabağ (5,5), Mil-Muğan (5,4), Lənkəran-Astara (5,1), Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.