- 11 Mart 19:01
Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***
11:51
Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.