Bakıda baş vermiş yanğınla əlaqədar nəqliyyat sıxlığı yarandı - FOTO


  • 15 Fevral 15:15

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Oxşar xəbərlər