Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi - YENİLƏNDİ


  • 15 Fevral 12:13

Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyr-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u iş günü hesab edilir.

***

12:08

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Oxşar xəbərlər