MSK-ya bələdiyyə seçkilərindən sonra 43 müraciət daxil olub


  • 14 Fevral 16:55

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 43 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.

O, müraciətlərin hamısına baxıldığını bildirib:

"MSK-nın qərarlarının bəzilərindən narazı qalanlar məhkəmələrə müraciət ediblər. Apellyasiya Məhkəməsinə də müraciət olmuşdu və orada da proses artıq başa çatdırılıb".

Oxşar xəbərlər