Müdafiə Nazirliyi hərbi hissələrdə görüşlə bağlı müraciət etdi


  • 14 Fevral 16:00

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik" MN-in məlumatında deyilir.

Oxşar xəbərlər