- 18:37
Ürək sağlamlığı üçün ən faydalı qidalar açıqlanıb.
E-huquq.az xəbər verir ki, kardioloq Roy Jogia “Daily Mirror” qəzetinə müsahibəsində bildirib ki, qoz, fındıq, tərəvəz və yağsız ət sağlam ürək üçün çox faydalıdır.
Həkim bildirib ki, ürək və qan damarları üçün faydalı olan qidalanma müxtəlif ola bilər. Onun fikrincə, ən yaxşısı "Aralıq dənizi"pəhrizidir. “Bu pəhriz pis xolesterolu azaltmağa və yaxşı xolesterolu artırmağa kömək edən omeqa-3 yağ turşuları ilə zəngindir. Onun tərkibində eləcə də, ürək-damar xəstəliklərinə səbəb olan iltihabı və oksidləşdirici stressi azaldan antioksidantlar və bitki mənşəli polifenollarvar”.
Kardioloq qeyd edib ki, özü də bu pəhrizə əməl etməyə çalışır və bunu öz ağız dadına uyğunlaşdırıb. Onun sözlərinə görə, səhər yeməyində meyvəli və qozlu müsli, nahar yeməyində yağsız ət, dənli bitkilər və tərəvəzlərdən hazırlanmış yeməklərə üstünlük verir.
“Yemək aralarında qoz, fındıq və ya meyvə, axşam yeməyində isə adətən ürəyə faydalı yeməklərdən, məsələn, bişmiş qızıl balıqdan və ya göyərtili mərcidən istifadə edirəm”, - deyə həkim bildirib.
Humay Eminqızı