- 18:37
Bakı, Sumqayıt və Abşeronda vətəndaşların 38 min manatını, həmçinin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.