Sabirabadda yol qəzası olub, xəsarət alan var


  • 10 Fevral 19:15

Sabirabadda yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Şirvan-Sabirabad magistralında qeydəə alınıb. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər