- 7 Fevral 22:35
Qazax rayonunun 7 kəndinin – Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskiparanın işğalı nəticəsində 3 159 dinc sakin didərgin salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Fuad Musayev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində söyləyib.
O qeyd edib ki, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.