- 17:16
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
E-huquq.az xəbər verir ki, 45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin nazirlikdə nazir müavini vəzifəsini tutub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.
Evlidir, iki övladı var.