Qarabağ Universitetində tibb fakültəsi açılacaq


  • 6 Fevral 15:34

"Qarabağ Universitetində 1100 dən çox tələbə təhsil alır".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, gələn il tələbə sayının 1500 olacağı gözlənilir.

O bildirib ki, Universitetdə əsas yenilik tibb fakültəsinin açılması olacaq: "Çalışırıq ki, sentyabr ayına kimi tibb fakültəsi ilə bağlı hazırlıqlar tamamlansın. Həmçinin Qarabağ Universitetinin bir neçə tədris binasının istifadəyə verilməsini planlayırıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər