- 13:49
"Ümumtəhsil müəssisələrinin rasionallaşdırılması maliyyə səmərəliliyi baxımından çox vacibdir".
E-huquq.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
"Bir sinifdə 20 uşağın təhsil alması 20-25 min manata başa gəlir. Ona görə 3-4 şagirdi olan məktəblərdə rasionallaşma aparılır və onlar yaxınlıqdakı məktəblərə köçürülür. Ötən il 147 məktəbdə rasionallşdırılma aprılıb. Bu il isə 130, yəni ümumilikdə 280-ə yaxın məktəbdə bu proses davam edəcək. Qənaət edilən vəsait isə müəllimlərin əmək haqqına əlavə ediləcək", -deyə nazir qeyd edib.
Şəbnəm Mehdizadə