- 13:49
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin qurumun xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzinin və əlaqədar xidmətlərin satın alınması ilə bağlı elan elan etdiyi tenderin nəticələri açıqlanıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi ''Azpetrol Ltd.'' MMC olub.
Məlumata görə, qalib şirkətə 18.000 manat ödəniləcək.
Şəbnəm Mehdizadə