- 16:01
Yuxu iflici insanın oyandıqdan sonra və ya yatmağa hazırlaşarkən hərəkət edə və danışa bilməməsidir. Bu zaman beyin aktiv halda olsa da insan bədəni sanki iflic olur. Bu hal adətən qorxu, sinə nahiyyəsintə təzyiq və hallüsinasiya ilə müşayiət olunur.
E-huquq.az-ın TASS-a istinadən məlumatına görə, müxtəlif araşdırmalar göstərir ki, təxminən 7-8% insan heç olmasa 1 dəfə yuxu iflici ilə rastlaşır. Bəzi insanlarda isə bu daimi haldır. Yuxu iflicinin artmasının bir neçə səbəbləri var ki, bunlardan ən əsasları yuxu rejiminin pozulması, stress, narkolepsiyadır.
Yuxu iflici zamanı insanlar adətən böyük panika keçirir ki, bu da baş verən xoşagəlməz hissiyyatların artmasına səbəb olur. Panikadan qaçmaq üçün ilk növbədə heç bir təhlükənin olmadığını başa düşmək, sakitliyi qorumaq lazımdır. Nəfəsi tənzimləmək, yəni düz və dərin nəfəs almaq və əl, ayaq barmaqlarını tərpətməyə cəhd etmək lazımdır.
Bu hallar tez-tez təkrarlandıqda mütləq həkimə müraciət etmək lazımdır.
Humay Eminqızı