- 14:14
Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.