Bu qərarlar ləğv edildi


  • 3 Fevral 11:08

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.

Bundan başqa, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər