- 15:41
Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər nəzərdən keçirilib.
E-huquq.az xəbər verir ki, əvvəlcə müraciətlərlə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib.
Qeyd olunub ki, 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi Dairə Seçki Komissiyalarının müxtəlif məntəqə komissiyalarından silsilə müraciətlər daxil olub.
Komissiyanın yekun qərarına əsasən, bütün müraciətlər araşdırılaraq müvafiq qərarın qəbul edilməsi üçün Dairə Seçki Komissiyalarına təqdim olunub.