Qaradağ rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanıldı


  • 13:49

Qaradağ rayonu ərazisində yerləşən 2 mağazadan 2040 manat dəyərində 6 təkərin, həmçinin bir nəfərin avtomobilindən akkumulyator və mobil telefonun oğurlanması barədə polisə məlumatlar daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 45 yaşlı Ş.Zərbəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Oxşar xəbərlər