SOCAR “Tamar” layihəsində iştirak payı aldı


  • 31 Yanvar 19:35

2025-ci il yanvarın 31-də SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.

Bu barədə e-huquq.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.

Oxşar xəbərlər