"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq


  • 30 Yanvar 21:20

Metro nəqliyyatı üzrə 299 yeni vaqon alınacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, 2025-2030-cu illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması təmin ediləcək.

Oxşar xəbərlər