- 00:10
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolu layihələndiriləcək, tikintisi və istismara verilməsi təmin ediləcək.
E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, AAYDA RİNN, MN, DİN, İN, ETSN, DŞAK, BŞİH, NƏŞ ilə birlikdə 2025-2030-cu illərdə avtomobil yolunun istismara verilməsini təmin etməlidir.