“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq


  • 30 Yanvar 20:35

Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikintiquraşdırma işlərinin yerinə yetirilməsi və istismara verilməsini təmin etməlidir.

2026-cı ilədək tikinti quraşdırma işlərinin tamamlanması təmin edilməlidir.

Oxşar xəbərlər