Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub


  • 11:42

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 avtomat silahı, 1 tapança, 29 qumbara, 27 alışdırıcı, 5 tüfəng, 91 patron darağı və 14955 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər