Müşahidəçi: "İndiyədək hər hansı neqativ hal müşahidə etməmişəm"


  • 29 Yanvar 13:31

“Öz təşəbbüsümlə müşahidəçi qismində seçkilərdə iştirak edirəm. Səhər saat 8-dən buradayam. Deyə bilərəm ki, qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl edilir”.

E-huquq.az xəbər verir ki, bu sözləri 7 saylı Səbail Dairə Seçki Komissiyasının 10 saylı məntəqə seçki komisiyasının müşahidəçisi Abdullayeva Dövlət söyləyib.

“Seçicilər aktiv şəkildə səsvermədə iştirak edir. Fəallıq getdikcə daha da artır. Məntəqədə təşkilati məsələlər lazımi səviyyədədir. İndiyədək narazı qaldığım bir məqam müşahidə etməmişəm. Hər iki saatdan bir seçicilərin sayı ilə bağlı lövhələrə məlumat yazılır. Yəni, şəffaflıq tam təmin edilir”, - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər