Məntəqə sədri: "İlk dəfə səs verən seçicilərə hədiyyələr təqdim edilib"


  • 29 Yanvar 12:33

“Məntəqəmizdə 1 153 nəfər seçici qeydiyyatdadır. Saat 12-ə kimi artıq 107 nəfər səsvermədə iştirak edib”.

Bu sözləri e-huquq.az-a açıqlamasında 7 saylı Səbail Dairə Seçki Komissiyasının 10 saylı məntəqə seçki komisiyasının sədri Lalə Əliyeva deyib.

“Adətən məntəqəmizdə seçici fəallığı günün ikinci yarısında daha da artır. Lakin bu dəfə səhər tezdən seçicilər məntəqəyə yaxınlaşaraq səs verir. 18 yaşı tamam olan 22 gənc seçicimiz var. Onlardan biri artıq öz səsvermə hüququndan istifadə edib. Ona hədiyyə olaraq Azərbaycan Konstitusiyası və bayraq təqdim edilib. Seçicilərimizin 59-u yaşlı nəslin nümayəndəsidir. Lakin onlar bu seçkidə daşınan qutudan imtina edərək özləri səsvermədə iştirak etmək istədiyini bildirib. Qanunvericiliyin tələbləri tam şəffaf şəkildə yerinə yetirilir. Məntəqədə veb-kameralar quraşdırılıb. 31 nəfər namizədliyini irəli sürüb. Onlardan yalnız 17 nəfəri seçiləcək”, - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər