Müşahidəçi: "Səsvermədə hər hansı qanun pozuntusu baş verməyib"


  • 29 Yanvar 11:09

"Bu gün keçirilən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun təşkil edilib”.

Bunu e-huquq.az-a açıqlamasında 7 saylı Səbail Dairə Seçki Komissiyasının 2 saylı məntəqə seçki komisiyasının müşahidəçisi Elşad Əliyev deyib.

O bildirib ki, müşahidəçisi olduğu məntəqədə indiyədək hər hansı neqativ hal aşkarlanmayıb: "Seçici fəallığı müşahidə olunur. Seçkiqabağı apardığımız müşahidələr onu deməyə əsas verir ki, təşkilatı məsələlər yüksək səviyyədədir. Seçicilər fəal şəkildə məntəqəyə yaxınlaşıb öz səsvermə hüququndan istifadə edirlər. Seçki prosesinin keçirilməsi üçün yaradılan münbit şərait də buna zəmin yaradır. Hər hansı qanun pozuntusu müşahidə edilməyib”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər