- 00:03
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” hotelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.
E-huquq.az xəbər verir ki, məlumatı “HaberGlobal” yayıb.
Qeyd olunub ki, hotel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.
Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.
İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.