Korrupsiyaya qarşı mübarizənin əhatə dairəsi genişləndirilir


  • 23 Yanvar 16:02

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin əhatə dairəsi genişləndirilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib.

Qüvvədə olan qanun isə sadəcə dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdi.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Oxşar xəbərlər