Qatarlar həmin tarixdə iş günü qrafiki ilə fəaliyyət göstərəcək


  • 24 Yanvar 13:58

ADY-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub:

“Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək”.

Oxşar xəbərlər