- 00:03
“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.