COP29 müddətində SMS icazə olacaq? - AÇIQLAMA


  • 12:11

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

E-huquq.az xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".

Mənbə: APA

Oxşar xəbərlər