Bakı aeroportu sərnişinlərə müraciət edib


  • 17 Oktyabr 18:41

Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şossesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şossesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

Bildirilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.

Oxşar xəbərlər