Keçmiş məhkumdan narkotik vasitələr götürülüb


  • 08:43

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Zamiq Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, ondan narkotik vasitə marixuana, eləcə də 678 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər