İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub - FOTO


  • 3 Oktyabr 19:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

E-huquq.az xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.

Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.

Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.

***

15:30

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Oxşar xəbərlər