Bahar Muradova: "Məişət zorakılığı ilə mübarizə sahəsində yeni Milli Fəaliyyət Planı üzərində işləyirik"


  • 26 Sentyabr 17:24

"Ailə ən güclü bağlarımızın yarandığı və qorunduğu yerdir. Ənənələrimiz ailə ocaqlarında formalaşır və gələcək nəsillər ötürülür. 21-ci əsrdə texnologiyanın inkişafı təbii ki, ailə münasibətlərinə də öz təsirini göstərir. Lakin ailənin təməlində sevgi, hörmət qayğı dayanır. Biz ailə sayəsində milli kimliyimizi dərk edirik".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova "Ailə - dəyişməyən dəyərimiz" mövzusunda "Gənc Ailə Forumu"nda deyib.

Onun sözlərinə görə, Azərbaycanda ailə siyasətinin gücləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi qarşıya ciddi vəzifə kimi qoyulub: "Görülən işlər artıq öz effektini verməkdədir. Hazırda Komitə olaraq məişət zorakılığı ilə mübarizə sahəsində yeni Milli Fəaliyyət Planı üzərində işləyirik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər