Bu yola giriş-çıxış bağlanır


  • 26 Sentyabr 17:18

Sentyabrın 28-i saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırılma aparılacaq təmir işləri ilə əlaqədardır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Oxşar xəbərlər