"Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik mövcuddur" - Hicran Hüseynova


  • 26 Sentyabr 17:06

"Bu gün ən vacib məsələlərdən biri də Azərbaycan ailəsini qoruyub saxlamaqdır".

E-huquq.az xəbər verir ki, bu sözləri deputat Hicran Hüseynova "Ailə - dəyişməyən dəyərimiz" mövzusunda "Gənc Ailə Forumu"nda söyləyib.

"Ailə dəyərləri hər birimiz üçün aktualdır. Çünki hər birimiz bir ailənin bir üzvüyük və övlad yetişdiririk. Genofondumuzun daşıyıcı kimi ailə milli inkişafımızda mühüm rol oynayır. Ailəyə olan münasibət dövlətin vətəndaşına olan münasibətin əsas göstəricisidir. Müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev bu sahədə ardıcıl və məqsədyönlü siyasət aparıb. Bu gün İlham Əliyev də bu siyasətin davamçısıdır. Ailə nə qədər güclüdürsə, cəmiyyət də o qədər toxunulmazdır. Vətənpərvərlik hissləri də məhz ailədən başlayır. Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik mövcuddur. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Qəbul edilən qanunlar və edilən dəyişikliklər ailə dəyərlərimizə mənfi təsir göstərmir. Bu qanunlar ailə institunun qorunub saxlanılması istiqamətində böyük uğur kimi qəbul edilə bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər